texnopark@ndu.edu.az +994 (36) 544 08 61

Naxçıvan Dövlət Universiteti İKT və ET şöbəsi tərəfindən hazırlanan “E-cədvəl” mobil tətbiqi Elm, Təhsil və İnnovasiyalar tətbiqlər və utilitlər nominasiyası üzrə “NETTY 2021” Azərbaycanın milli internet – mükafatına layiq görülüb. 200-dən çox layihənin iştirak etdiyi müsabiqədə Virtual Münsiflər Heyəti və Ekspert Şurasının səsverməsi nəticəsinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilib. Daxili səsvermə əsasında akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalib müəyyən ediblər. Qeyd edək ki, tələbə E-cədvəl mobil tətbiq sayəsində dərs, kollokvium, imtahan cədvəllərinin, imtahan suallarının və nəticələrinin vahid platformada birləşdiyi istənilən elektron materialı burdan əldə edə bilər. Məlumat üçün onu da bildirək ki, Azərbaycanın İnternet Mükafatı olan NETTY 2004-cü ildə təsis olunub. NETTY Qlobal İnternet Şəbəkəsi və ümumilikdə İT bazarının milli seqmentdə inkişafının təşviqi üçün informasiya texnologiyaları sahəsində yaradılmış və ölkəmizdə ilk peşəkar mükafatdır. NETTY hər il informasiya texnologiyaları sahəsində Azərbaycanın əhəmiyyətli internet resurslarını, tətbiqlərini, sosial platforma resurslarını, aktual İT layihələri və aparıcı fiqurları müəyyən edir və mükafatlandırır.