texnopark@ndu.edu.az +994 (36) 544 08 61

Naxçıvan Dövlət Universiteti

Texnologiyalar parkı

Haqqında

Texnopark haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalamış, müvafiq dövlət qurumları qarşısında Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı tapşırıqlar qoyulmuşdur.

Yeni qurulacaq texnoparkda energetika, gülkarlıq, tingçilik, kənd təsərrüfatı və aqronomluq, coğrafiya, üzümçülük, meliorasiya, arıçılıq sahələri, tədris otaqları və sərgi biopark, texnopark binaları, eləcə də Nəbatət bağı fəaliyyət göstərəcəkdir. Texnopark üçün zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət yeni bina inşa olunacaqdır.

  • Zirzəmi üçün nəzərdə tutulmuşdur:

    Texnoservis, nano araşdırmalar, biotexnologiyalar, prototip mərkəzləri, proqramlaşdırma və avtomatlaşdırma, kafe və təsərrüfat otaqları

  • Birinci mərtəbə üçün nəzərdə tutulmuşdur:

    Şərur sənaye məhəlləsinin, Naxçıvan Məhsullarının, Microsoft şirkətinin, Naxtel 4G operatorunun, CİSCO, KOİCA, Bakunity və digər gələcək rezident şirkətlərin ofisləri

  • İkinci mərtəbə üçün nəzərdə tutulmuşdur:

    İnnovasiya, layihələrin əlaqələndirilməsi, informasiya texnologiyaları xidmətləri, süni intellekt elmi-tədqiqat mərkəzləri, incəsənət, dizayn və memarlıq layihələri xidməti, elektronika və digər iş otaqları

  • Üçüncü mərtəbə üçün nəzərdə tutulmuşdur:

    Biznes inkubatoru, ideya bankı, Co-working mərkəzi, startap mərkəzləri

  • Dördüncü mərtəbə üçün nəzərdə tutulmuşdur:

    3 müzakirə otağı və 240 nəfərlik akt zalı

Müştərilər

Proyekt sayı

Toplam ixracatı

Toplam gəliri

Xİdmətlər

Xidmətlərimizlə tanış olun

Əsas missiyamız yerli və milli brendlərin yaranmasına səbəb olacaq və bununla da milli rəqabətə töhfə verəcək ekosistem qurmaqdır.

Texnoservis

Texnoservis İKT aadanlıqlarını və onların tam təmiri xidmətlərini təklif edən xidmət təminatçısıdır.

Nano araşdırmalar

Nanotexnologiya ilə bağlı elmi problemlərin həlli üçün resurs mərkəzi kimi fəaliyyət göstərəcək.

Biotexnologiyalar

Mərkəz qida mühitinin hazırlanması və sterilizasiya otağı, iqlim otağı, əkin otağı və laboratoriyaları əhatə edir.

Prototip mərkəzi

Burada mövcud olan metal, taxta, plastik emalatxanalarında qaynaq və lehimləmə işlərini həyata keçirmək mümkündür.

Proqramlaşdırma və avtomatlaşdırma

Müəssisə istehsalın avtomatlaşdırılmış idarə olunmasını təmin edir.

Startap mərkəzi

Mərkəz özündə startap məktəbini, co-working məkanını və laboratoriyanı əhatə edir.

Qalereya

Qalereya

Texnoparkla bağlı şəkil və videolarla buradan tanış ola bilərsiniz.

  • Hamısı

Şəkil 1

Qalereya

Şəkil 2

Qalereya

Şəkil 3

Qalereya

Xəbərlər

Texnopark haqqında xəbərlər

Texnoparkla bağlı yenilikləri buradan izləyə bilərsiniz.

Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkı yaradılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalamış,müvafiq dövlət qurumları qarşısında ......

Naxçıvan Dövlət Universiteti tələbələri arasında I Startap müsabiqəsi keçirilib

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev startap layihələrinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu layihələrin məqsədi muxtar respublikada investisiya mühitini...

Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Universitetləri arasında beynəlxalq əməkdaşlıq gücləndirilir

Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili...

Naxçıvan Dövlət Universitetinin “E-cədvəl” mobil tətbiqi “NETTY 2021” Azərbaycanın milli internet -mükafatını qazanıb

Naxçıvan Dövlət Universiteti İKT və ET şöbəsi tərəfindən hazırlanan “E-cədvəl” mobil tətbiqi Elm, Təhsil və İnnovasiyalar tətbiqlər və utilitlər nominasiyası üzrə “NETTY 2021” ...

Əlaqə

Bizimlə əlaqə

Ünvan

Azərbaycan Respublikası, Naxçıvan şəhəri Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

E-mail

texnopark@ndu.edu.az

Telefon

+994 (36) 544 08 61

Loading
Mesajınız göndərildi. Təşəkkür edirik!